14 fevral 2018 17:34

Bitkoin bahalaşır – 9000 dolları keçdi

Dünyanın kriptovalyuta bazarında son saatlarda bahalaşma qeydə alınıb.

FED.az xəbər verir ki, 14 fevral saat 17:20-yə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitkoin isə son 24 saat ərzində 579 dollar və ya 6,7% bahalaşaraq 9211 dollara yüksəlib.

Son bir həftə ərzində isə bitkoin 796 dollar və ya 9,4% bahalaşıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin