14 fevral 2018 17:01

Qiymətli kağızdan nə qədər qazanmaq olar – SİYAHI

Azərbaycanda qiymətli kağızlar bazarı digər sektorlar, məsələn, bank sektoru qədər inkişaf etməsə də, bu sahədə də yatırım etmək və qazan üçün imkanlar var. FED.az maliyyə və biznes xəbərləri portalı «PSG Kapital» şirkətinə istinadən ölkənin qiymətli kağızlar bazarındakı qazanc imkanlarını təqdim edir. Xatırladaq ki, hazırda bazardakı qiymətli kağızlar Maliyyə Nazirliyinin manatla, SOCAR-ın dollarla buraxdığı istiqrazlar, eləcə də Mərkəzi Bankın (AMB) notlarıdır. AMB-nin notları yalnız banklar tərəfindən alına bilər. Maliyə Nazirliyinin  və SOCAR İstiqrazlarını isə istənilən şəxs təkrar bazardan əldə edə bilər. Maliyyə Nazirliyinin dövlət istiqrazları bir neçə müddətdə – 3 aydan 3 ilədək buraxılıb. SOCAR İstiqrazları isə 2016-cı ilin oktyabrında 5 illik müddətə buraxılıb və 2021-ci ilədək qüvvədə olacaq.

Aşağıdakı cədvəldə hazırda qiymətli kağızlarsektorunda olan ayrı-ayrı yatırım alətləri barədə məlumatlar təqdi edilir. Bu alətləri əldə etmək üçün «PSG Kapital»a müraciət etmək kifayətdir.

 

. Qiymət  
Gəlirlik%
   
ARMN 3 ay, AZN        4,50%    
ARMN 6 ay, AZN       12,09%    
ARMN 1 il, AZN       13,77%    
ARMN 2 il, AZN     13,48%    
ARMN 3 il, AZN     13,24%    
MB Not-28 gün, AZN       10,01%    
SOCAR İstiqraz (5.00%, 2021), USD  100,760    4,98%    
SOCAR Eurobond (4.75%, 2023), USD 100,632   4,61%  
AZERBJ Eurobond (4.75%, 2024), USD  102,468   4,29%  
 
 
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin