14 fevral 2018 16:46

"Azəriqaz" "Azərişığ"ı məhkəməyə verib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi "Azərişıq" ASC-ni məhkəməyə verib.

FED.az xəbər verir ki, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin qurum tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə növbəti məhkəmə prosesi Aida Hüseynin sədrliyi ilə bu il fevralın 15-də keçiriləcək.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz