14 fevral 2018 20:30

Unibank işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Təşkilati inkişaf və İnsan kapitalı /Bank
Vəzifə: Fəaliyyətin qiymətləndirilməsi üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

1. Əməkdaşların ƏFG (Əsas effektivlik göstəricilərinin) müəyyən edilməsi;
2. ƏFG-lərə mütamadi nəzarətin edilməsi və dəyişikliklərin qeydə alınması;
3. Bank daxilində vəzifələrin pilləli dərəcə sisteminin (dərəcələndirmə) tətbiqi, dövri olaraq həmin sistem əsasında əməkdaşların qiymətləndirilməsini təşkil etmək, nəticələri barədə hesabat və təkliflər verərək rəhbərliyin razılığı ilə dərəcə artımlarının həyata keçirmək;
4. Bankda mövcüd olan vəzifələrə əsasən əməkdaşlarının illik qiymətləndirilməsini həyata keçirmək, qiymətləndirmənin nəticələri əsasında vəzifə yüksəlişləri və ya əksinə, vəzifənin salınması, maaş artımları və illik mükafatlandırma barədə İdarə heyətinə və Müşahidə şurasına hesabat və təkliflər vermək;
5. Bank əməkdaşlarının vəzifə təlimatlarının yenilənməsi;
6. Vəzifə təlimatlarına uyğun əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi;
7. Qiymətləndirilmə (maddi motivasiya) modelinin qurulması və yenilənməsi.

Namizədin Profili

• Ali təhsil;
• Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklər;
• Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
• MS Excel üzrə yüksək səviyyədə biliklər;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik, stressə davamlılıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Fəaliyyətin qiymətləndirilməsi üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz