14 fevral 2018 12:17

Orta maaşı 781 manat olan işçilər

2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil etmiş, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır.
FED.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Məlumata görə, işçilərin 27,4 faizi dövlət, 72,6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1 faiz azalaraq 780,7 manat olmuşdur.

Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olmuşdur. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8 faiz azalmış, mülki təyinatlı inşaat işlərində 12,4 faiz, binaların tikintisində isə 1,7 faiz artmışdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz