14 fevral 2018 11:17

Dərman ləvazimatlarının satınalınması - TENDER

TALASSEMIYA MƏRKƏZI PHŞ (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 5 lot üzrə keçirilir::

lot 1 - Dərman ləvazimatlar
lot 2 - Kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qablar
lot 3 - Sarğı materialları, tibbi təyinatlı vasitələr və tibbi ləvazimatlar
lot 4 - Talassemiya xəstələr üçün Leykostar filtr, talasset və digər tibbi ləvazimatlar
lot 5 - Maye Azot və Oksigen



Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nərimanov rayonu, Fətəli Xan Xoyski 128 (Əlaqələndirici şəxs :Eldar Ruslan oğlu Abduləlimov, telefon :564-29-97) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat
lot 2 - 300 manat
lot 3 - 150 manat
lot 4 - 300 manat
lot 5 - 10 manat

Hesab: AZ 26 CTRE00000000000008417701 Fond 7 maddə 142340
VÖEN 1501447111
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: BİK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Nərimanov rayonu, Fətəli Xan Xoyski 128

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-07 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-15 17:00qədər Nərimanov rayonu, Fətəli Xan Xoyski 128 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-03-16 16:00 tarixində Nərimanov rayonu, Fətəli Xan Xoyski 128 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz