14 fevral 2018 09:28

Bitkoinin qiyməti sabitləşdi – QİYMƏTLƏR

Dünyanın kriptovalyuta bazarında son sutka ərzində bahalaşma müşahidə olunur.

FED.az xəbər verir ki, fevralın 14-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 67-si bahalaşıb. Ən böyük kapitallaşmaya malik olan Bitkoin isə son sutka ərzində 202 dollar və ya 2,3% bahalaşaraq 8851 dollara yüksəlib. Son bir həftə ərzində isə bitkoin 1335 dollar və ya 18% bahalaşıb. Etheriumun qiymətində də bahalaşma qeydə alınıb.

Belə ki, bu virtual pul son sutka ərzində 18 dollar və ya 2,1% bahalaşaraq 867 dollar olub. Son həftə ərzində isə Etherium 119 dollar və ya 15,9% bahalaşıb. Kriptovalyutalardan ən çox bahalaşma ZClassic -də(39,68%), ən çox ucuzlaşma isə U.CASH-də(49,27%) müşahidə olunub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz