13 fevral 2018 23:57

"Günay Sığorta"nın müştərilərinin nəzərinə!

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan "Günay Sığorta" ASC “Tekerstore.az”-la birgə xüsusi endirim kampaniyasına başayıb.

FED.az xəbər verir ki, kampaniyanın şərtlərinə görə, tekerstore.az saytından onlayn təkər sifariş edən "Günay Sığorta" müştəriləri təkərlərin növündən asılı olaraq xüsusi endirim əldə edəcəklər. Sadəcə "Günay Sığorta"nın müştəriləri sığorta şəhadətnaməsini və yaxud sığorta kartını bildirməklə qeyd olunan endirimdən yararlana bilərlər.

 Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.

Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta»  şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən  "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach",  "Azre Təkrarsığorta"  və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin