13 fevral 2018 17:45

Bakı Dövlət Universiteti tender elan edir

BAKI DÖVLƏT UNIVERSITETI (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 10 lot üzrə keçirilir::

lot 1 - BDU-nun tədris binalarının auditoriyaları və otaqları üçün inşaat materialları
lot 2 - BDU-nun dekanlıq, kafedra, kitabxana və s. üçün ofis mebelləri
lot 3 - BDU-ya laboratoriya mebelləri və partalar
lot 4 - İdarənin xərcləri üzrə
lot 5 - Jalyüz və təsərrüfat əhəmiyyətli mallar
lot 6 - BDU-nun tədris binalarında əsaslı təmir işləri
lot 7 - Şərifzadə küçəsi 571-ci məhəllədə inşa ediləcək tələbə yataqxanasının layihələndirilməsi işləri
lot 8 - BDU-nun Fizika, Kimya və Biologiya fakültələrində elmi tədqiqat işlərinin aparılması üçün avadanlıqlar
lot 9 - Kompyuter-orqtexnika avadanlıqları
lot 10 - İnformasiya texnologiyalar mərkəzi üçün server avadanlıqlarının alınması və quraşdırılması işləri


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23 (Əlaqələndirici şəxs :Gülnar Ağamoğlan qızı Əliyeva, telefon :(012) 510-08-23) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 120 manat
lot 2 - 210 manat
lot 3 - 145 manat
lot 4 - 145 manat
lot 5 - 100 manat
lot 6 - 175 manat
lot 7 - 175 manat
lot 8 - 210 manat
lot 9 - 100 manat
lot 10 - 100 manat

Hesab: AZ32AIIB33070019443307872103
VÖEN 1300489621
Bank: Kapital Bank ASC Yasamal filialı
Kodu: 200037
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIB AZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-19 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-04-06 17:00qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2018-04-09 11:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin