13 fevral 2018 20:30

"Holcim" işçi axtarır - VAKANSİYA

Holcim (Azerbaijan) OJSC

Kommersiya Layihələri Rəhbəri

Missiya:

Tikinti sənayesində problemlərin həlli yolunu göstərən bir şirkət kimi  yerini möhkəmləndirmək və şirkəti müştəri üçün üstünlük veriləcək partnor  səviyəsinə qaldırmaq.

Mühüm vəzifələr:

• Komanda arasında ƏMTT mədəniyyətini aşılamaq və ƏMTT qaydalarına əməl olunmasında fəal dəstək olmaq
• Davranış Kodeksinə əməl etmək
• Əsas müştərilərlə uzun müddətli  strateji əməkdaşlıq yaratmaq, onların rəqibə çevrilməsinə şərait yaratmamaq
• Şirkətin öhdəliklərinə nail olmaq  üçün strateji planların hazırlanması və  tətbiqi

Öhdəliklər:

• Əsas  müştərilərlə uzun müddətli və etibarlı münasibət yaratmaq
• Tikinti layihələrini izləmək, layihələri başa düşmək və xüsusiyyətlərini anlamaq məqsədilə mühəndislər, arxitektorlarla əməkdaşlıq etmək.
• Satış, marketinq, logistika, təchizat, istehsalat üçün maksimum imkanlar və hər iki tərəf üçün  dəyər verən strateji planlar hazırlamaq
• Strateji planların monitorinqini aparmaq və uğurları, riskləri və imkanları qiymətləndirərək planlar hazırlamaq.
• Daxili komanda ilə müştərilər arasında yaxşı ünsiyyət yaratmaq
• Müştərilərin fəaliyyəti, məqsədləri, haqqında hesabatlar hazırlayıb təqdim etmək və rüblük əsasda həmin hesabatları komanda, maraqlı tərəflərlə bölüşmək, və imkan olduqda  nümunə kimi  şirkətin təlimlərində istifadə etmək

Tələb olunan keyfiyyətlər:

• Tikinti və tikinti materialları sahəsində Ali təhsil
• Tikinti üzrə Layihə Meneceri təcrübəsinə malik olmaq
• Tikinti materialları, məhsulları, tikinti prosedurları, layihəyə rəhbərlik pronsipləri və müvafiq qaydalar, nizamnamələr və keyfiyyət standartlarına  dair  yüksək savadı olmaq.
• Planlaşdırma və “böyük şəkil” standartını  başa düşmək
• Konflikt və böhranla idarəolunma zamanı məsuliyyətli olmaq
• Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq
• Yüksək inkişaf etmiş social, insanlarala ünsiyyət yaratmaq qabiliyyəti
• Vaxt intizamı və  təzyiq altında  işləmək bacarığı
• Təkliflər yazmaq,  layihəyə rəhbərlik etmək və  analitik bacarığa malik olmaq 
• Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı 
• Aydın şəkildə qoyulmuş satış hədfələrinin həyata keçirilməsi istiqamətində  sərbəst işləmək
• Danışıq və problemləri həll etmək qabiliyyəti.

Müraciət proseduru:

Maraqlananlar CV-lərini mövzu  bölməsində “Kommersiya Layihələri Rəhbəri” yazmaqla aze-hr-cv@lafargeholcim.com ünvanında, yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və  hamıya bərabər imkan yaradılacaqdır. 

CV-lərin son qəbul tarixi: 16 mart  2018-ci ildir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin