13 fevral 2018 14:38

Banklar Sevgililər günündə sevənləri necə təbrik edir?

Özəl günlərdə müştərilərinin yanında olan və onlara xüsusi təkliflər edən banklarımız Sevgililər gününü də yaddan çıxartmayıb. Beləliklə, Banklar bugünə özəl olaraq hazırladıqları kampaniyaları hədiyyə edir. Siz bankların təklif etdiyi kampaniyalardan yararlanaraq öz sevgilinizə arzuladığınız və daha kreativ hədiyyə verə biləcəksiniz. 14 fevral “Sevgililər günü” üçün təklif olunan kampaniyaları nəzərinizə çatdırırıq.

Bank of Baku

Həm 14 fevral Sevgililər günü, həmdə bankın 24 yaşı ilə əlaqədar “Bank of Baku” yeni müsabiqəyə start verir. Qalib olan 24 nəfərdən biri də Siz olun,Bolkart Gənc və ya Bolkart Ailə debet kartı + 24 AZN BAL HƏDİYYƏ qazanın! Daha ətraflı: http://bit.ly/2G8dSSe

Unibank

Romantik əhval-ruhiyyə yaratmağın əsl məqamıdır! Unibank-ın Visa Gold, Platinum, İnfiniti kartları ilə premial partnyorlarda alış-veriş edib müxtəlif təklif və endirimlər qazana bilərsən. Ətraflı: http://www.visapremium.com/

Həmçinin Unibank facebook sahifəsində sevgililər gününə özəl müsabiqə keçirir. Unibank 5 iştirakçıya "Bəxt üzüyü" filminə 2 nəfərlik bilet HƏDİYYƏ edir! Iştirak etmək üçün: http://bit.ly/2CgAUnB

Bank Respublika

Bank Respublika da sevgililər günündə öz müştərilərini sevindirir. Facebook səhifəsində müsabiqə keçirərək, CinemaPlus-a 3 nəfərlik bilet hədiyyə edir. İştirak etmək və daha ətraflı məlumat üçün: http://bit.ly/2H9uSsC

Yapı Kredi Bank Azərbaycan

Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün sevgililər gününə özəl fürsət təqdim edir. Beləliklə, kampaniya şərtlərinə əsasən, Worldcard sahibləri, Worldcard-la 9-18 fevral IDEAL mağazalarında nağd qiymətinə 9 aya ödəmə imkanı əldə edir. Ətraflı məlumat: http://bit.ly/2Eu90JT

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin