13 fevral 2018 14:18

“Günay Sığorta”da yeni kadr təyinatı

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Günay Sığorta” şirkətinin təşkilati strukturunda yeni kadr dəyişikliyi edilib.

Şirkətin baş ofisindən FED.az biznes maliyyə portalına verilən məlumata görə, dəyişikliyin nəticəsi olaraq əvvəllər şirkətin Satış kanallarının inkişafı və idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmış Tural Poladov yeni təyinatla Satış bloku rəhbərinin müavini vəzifəsinə yüksəlib. Satış kanallarının inkişafı və idarə olunması şöbəsinin rəisi vəzifəsinə isə Ramin İsmayılov təyinat alıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin məzunu olan T.Poladov Azərbaycan sığorta bazarında peşəkar kadr kimi tanınır. T.Poladov maliyyə sektotunda 10 ilə yaxın təcrübəyə malikdir.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.

Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.

Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Onu da qeyd edək ki, “Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib.
Ötən ildə yığımlarının illik artım dinamikasına görə, “Günay Sığorta” şirkətlər sırasında lider mövqeyə malik olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz