13 fevral 2018 09:13

Bir həftəyə 2400 dollar bahalaşdı – QİYMƏTLƏR

Dünyanın kriptovalyuta bazarında son sutka ərzində ucuzlaşma müşahidə olunur. FED.az xəbər verir ki, fevralın 13-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 52-si ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitkoin isə son sutka ərzində 179 dollar və ya 2,1% bahalaşaraq 8701 dollara yüksəlib. Son bir həftə ərzində isə bitkoin 2449 dollar və ya 39,1% bahalaşıb.

Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 3 dollar və ya 0,3% bahalaşaraq 850 dollar olub. Son həftə ərzində isə Etherium 242 dollar və ya 39,8% bahalaşıb.

Kriptovalyutalardan ən çox ucuzlaşma SmartCash-də(18,07%), ən çox bahalaşma isə U.CASH-də(40,90%) müşahidə olunub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin