12 fevral 2018 10:32

Kargüzarlıq blanklarının çap edilməsinin satınalınması - Kotirovka Sorğusu

“Azəristiliktəchizat” ASC Hər cür mühasibat və kargüzarlıq blanklarının çap edilməsinin satınalınması üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana:

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvana (əlaqələndirici şəxs Rafiq Əliyevə, telefon: (+99412) 579 52 98) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 15 fevral 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvanda 16 fevral 2018-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz