12 fevral 2018 09:12

Bitkoin 500 dollara yaxın bahalaşdı – QİYMƏTLƏR

Dünyanın kriptovalyuta bazarında kütləvi bahalaşma davam edir.

FED.az xəbər verir ki, fevralın 12-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 418 dollar və ya 5,1% bahalaşaraq 8531 dollara yüksəlib.

Son bir həftə ərzində isə bitkoin 284 dollar və ya 3,4% bahalaşıb. Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 43 dollar və ya 5,3% bahalaşaraq 848 dollar olub.

Son həftə ərzində isə Etherium 3 dollar və ya 0,3% bahalaşıb. Kriptovalyutalardan ən çox bahalaşma U.CASH-da(693,21%), ən çox ucuzlaşma isə Kyber Network-də(4,86%) müşahidə olunub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz