12 fevral 2018 09:01

Ötən il 150 milyon manat problemli kredit verilib

Azərbaycanda 2017-ci ildə verilən kreditlərin 3%-i problemlidir.

FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarəti Palatasının (MBNP) baş direktorunun müavini və strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov bildirib. Onun sözlərinə görə, ötən il ölkə bankları ümumilikdə 5 mlyvard manata yaxın kredit veriblər.

Başqa sözlə, bu kreditlərdən 150 milyon manatı problemlidir. Departament rəhbəri bildirib ki, hazırda Mərkəzləşmiş Kredit Reyestri (yəni indiyədək ölkədə mövcud olan borclular bazası) ölkə əhalisinin 37 faizini əhatə edir: «Ümumilikdə MKR-də 2,7 milyon nəfər borcalan və 12 milyon kredit haqqında məlumat var. Bütün bu məlumatlar kredit bürosuna veriləcək».

Xatırladaq ki, 2017-ci ilin nəticələrinə görə, ölkədə problemli kreditlərin məbləği 1,63 milyard manat təşkil edir ki, bu da ümumi kreditlərin 13,8%-i deməkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz