09 fevral 2018 17:21

Pul kisəsinin ağzını açmağa hazırlaşır – BANKDAN AÇIQLAMA

Rabitəbank aqresiv kredit siyasətinə başlamaq və krelit portfelini iki dəfə artırmaq niyyətindədir.

FED.az xəbər verir ki, bu barədə bankın müşahidə şurasının sədri Zakir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə banke bir qədər əvvəl öz kapitalını da artıraraq yeni siyasətə hazırlaşıb: «Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir müştəriyə verilən kredit həcmində məhdudiyət var. Bu məhdudiyyətin məbləği kapitalın həcminə bağlanıb. Eyni zamanda 2018-2019-cu illərdə kapitalın adekvatlığı göstəricisinin yüksəldilməsi gözlənilir, Palatanın bununla bağlı bəlli bir tədbirləri var. Bizim addımımız bu tədbirləri qarşılımaq məqsədi daşıyır». Bu məqsədlə bankın kapitalı artırılaraq 100 milyondan yuxarı qaldırılıb: «Rabitəbankın qarşısında qoyduğu hədəf kapitalın həcminin 100 milyon manatdan yuxarı qaldırmaq idi və hazırda sonuncu emissiyadan sonra kapitalın həcmi 101 milyon manata çatacaq».

Z.Nuriyev bildirib ki, kapitalın artırılması bankın son vaxtlar sürətlə artan yeni korporativ müştərilərinə xidət etməyə də imkan verəcək: «Bizim çoxsaylı yeni korporativ müştərilərimiz formalaşıb. Həmin müştərilərə daha yüksək məbləğli kreditlər vermək üçün bizim öz kapitalımızı artırmağa ehtiyacımız var». Bankın səhmdarlarının tərkibində və pay bölgüsündəki dəyişikliklərə gəlincə, müşahidə şurasının sədri bildirib ki, dəyişikliklər səhmdarların öz aralarında baş verir: «2017-ci ildə bankımızın səhmdar kapitalına daxil olan səhmdarlar paylarını artırırlar». Bankın siyasətini dəyişməsi kadr dəyişiklilkri də tələb edir. Ona görə də son günlər «Rabitəbank»a yeni əməkdaşlır cəlb edilib: «Əgər biz kapitalı artırıb aqressiv kredit siyasətinə keçmək və kredit portfelimizi iki dəfə artırmaq istəyiriksə, bu vəziyyət bizə struktur dəyişikliklərini həyata keçirmək zəruriliyini diqtə etdi və buna görə də biz həm idarə heyəti sədrinin müavini, həm də baş direktor vəzifələrinə bir neçə yeni əməkdaş cəlb etdik».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin