09 fevral 2018 11:41

Hansı banklar “reanimasiya otağını” tərk etməyə hazırlaşır?

2017-ci ilin sonunda bank sektorundakı vəziyyətlə bağlı mənfi informasiyalar daha çox gündəmi zəbt etmişdi. “Dəmirbank”ın bağlanmasından sonra “növbəti kim olacaq”, sualı indi bir qədər səngiməyə başlayıb.
 
FED.az xəbər verir ki, zərərlə işləyən bir neçə bankın səhmdarları əlavə kapital yatırımı etməklə vəziyyəti dəyişməyə qərar veriblər. İlin əvvəlindən başlayaraq AGB bank, Rabitəbank, Nikoyl Bank, Bank VTB-Azərbaycan, Bank Respublika, kapitallarını artırmaq ilə bağlı rəsmi məlumatlar açıqlayıblar. Beləliklə, bu bankların vəziyyətdən çıxmaqla bağlı qərarlı olduqları görünür. İri banklar arasında hələki “Bank of Baku"nun vəziyyəti  ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Hərçənd, bu bankın da səhmdarlarının kapital yatırımı edəcəkləri barədə söhbətlər dolaşsa da, rəsmi şəkildə heç bir bəyanat yoxdur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin