09 fevral 2018 11:07

“Mərkəzi Klinik” sığortaçı seçir

“Mərkəzi Klinik” MMC (Mərkəzi Klinik Xəstəxana - MKX) 2018-ci ildə xəstəxananın əmlakının və üçüncü şəxslər qarşısında məsuliyyət sığortası üçün sığorta şirkətinin seçilməsi üzrə tender elan edib.

FED.az xəbər verir ki, tenderin şərtlərinə görə, MKX sığortanın 5 növü üzrə: klinikanın binasının; manual-tibbi avadanlığın; elektron avadanlığın; xəstəxananın balansında olan nəqliyyat vasitələrinin; üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üzrə xidmətlər satın almağı planlaşdırır.

Tender proseduru 9 mart tarixində keçiriləcək. Tender təklifləri martın 6-dək qəbul olunur. Tenderdə iştirak haqqı 200 manatdır. Telefon: 492-10-92 (daxili – 12, 11) – Orxan Abbasbəyli.*


İnterfaks-Azərbaycan

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz