08 fevral 2018 15:33

Fındıq satışı süni dayandırılıb

Xaçmaz rayonunda fındığın qiyməti hazırda 4 manat 10 qəpiyə təklif olunur. Bu bir neçə gün öncəki qiymətdən 50-60 qəpik bahadır. Lakin fermerlər qiymətin biraz da bahalaşmasını gözləyir. Əksər sahibkarlar məhsulu Novruz bayramı ərəfəsində satmağı düşünür.

Alıcılar qiymətin ötən ilin eyni dövrü ilə müqayisədə ucuz olmasını Avropa bazarında tələbatın tam ödənməsi ilə əlaqələndirir.

Xaçmazda ötən il 1540 hektar ərazidə yeni fındıq bağları salınıb. Mövcud bağların sahəsi 7803 hektara çatdırılıb. 2017-ci ildə 3921 hektar bağdan 5811 ton fındıq əldə edilib.


©ARB Şimal

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz