07 fevral 2018 14:40

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın payı azalır

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın 1991-2015-ci illərdə orta göstəricisi 52,19% təşkil edib.

Bu məlumat Beynəlxalq Valyuta Fondunun (IMF) "Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik" adlı hesabatında yerləşdirilib.

158 ölkə üzrə aparılan araşdırmanın nəticələrinə əsasən, Azərbaycanda "Kölgə iqtisadiyyatı"nın payı 1991-ci ildə 54,69% təşkil edib. 1994-cü ildə maksimal həddə - 64,66%-ə yüksələn bu göstərici, daha sonra azalaraq 2014-cü ildə 25 illik araşdırma dövrünün minimal həddi - 42,15%-ə enib. Qeyd edək ki, 2015-ci ildə həmin göstərici 43,66%-ə yüksəlib.

Bununla yanaşı, bildirilir ki, 1991-2015-ci illəri əhatə edən dövrdə Gürcüstanda "kölgə iqtisadiyyatı"nın orta göstəricisi 64,87%, 2015-ci ildə isə 53,07% təşkil edib.

İranda 25 illik orta göstərici 17,88%, 2015-ci ildə 18,38%, Qazaxıstanda müvafiq olaraq 38,88% və 32,82%, Rusiyada - 38,42% və 33,72%, Türkiyədə - 31,38% və 27,43% olub.

Qeyd edək ki, 1991-2015-ci illərdə "kölgə iqtisadiyyatı"nın ən aşağı göstəriciləri İsveçrədə (7,24% və 6,94%) qeydə alınıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz