07 fevral 2018 12:52

"İstehsal olunan tütünün keyfiyyəti aşağıdır"

Azərbaycanda yetişdirilən tütünün keyfiyyətini artırmaq lazımdır.

FED.az xəbər verir ki, bunu Azərbaycan Sənaye Korporasiyasının iclası zamanı qurumun baş direktoru Kamran Nəbizadə deyib.

Baş direktor qeyd edib ki, istehsal olunan tütünün aşağı keyfiyyəti onun yekun qiymətinə və ixrac həcminə mənfi təsir göstərir.

K.Nəbizadə əlavə edib ki, Azərbaycanda hər hektar tütün üçün xərclər qonşu ölkələrlə müqayisədə daha yüksəkdir:

“Bu xərcləri azaltmaq lazımdır. Bizdə bu xərclər 2300 manatdan çoxdur, qonşu Türkiyədə isə bu rəqəm 800 dollar təşkil edir”.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin