02 fevral 2018 17:30

Türkiyədə müayinə – 50%-Ə QƏDƏR ENDİRİMLƏ

Türkiyənin bütün dövlət və özəl klinikalarında xarici vətəndaşlar türkiyəlilərin müayinə xərcləri ilə müqayisədə iki qat baha müalicə olunurlar. “Yasha Group” şirkətinin təklif edəcəyi endirim kartları ilə Azərbaycan vətəndaşları Türkiyədə endirimli şərtlərlə daha ucuz müalicə oluna biləcəklər.

FED.az xəbər verir ki, bunu saytımıza, “Yasha Group” şirkətinin təsisçisi və rəhbəri Mehri Ağasoy deyib. O bildirib ki, rəhbərlik etdiyi şirkətin yaxın vaxtlarda Bakı ofisi fəaliyyətə başlayacaq. Ofis açıldıqdan sonra müraciət edənlər xüsusi endirim kartları əldə edə biləcəklər. 5%-dən 50%-ə qədər olan bu endirim kartları sayəsində həmvətənlərimiz Türkiyədə daha ucuz müayinə oluna biləcəklər.

Türkiyənin dünyaca məşhur klinikalarında müayinə olunma imkanı
M.Ağasoyun sözlərinə görə, “YashaMED” 3 istiqamət üzrə – Medikal Turizm (klinikalarda müayinə, müalicə və əməliyyat işləmləri), Termal Turizm (termal müəssisələrdə reabilitasiya və istirahət xidmətlər) və Yaşlı və əngəlli turizmi (geriatrik müalicə mərkəzlərində uzunmüddətli qonaqlamalar) xidmət göstərir. Şirkət, layihə çərçivəsində Türkiyənin 50-yə yaxın özəl klinika və sağlıq mərkəzi ilə müavilə imzalayıb. Bu siyahıda Memorial, Acıbadem, Dünya Göz, Florance Nightingale və digər dünyaca məşhur klinikalar da yer alır.

“YashaMED” layihəsi çərçivəsində müraciət edənlərin məlumatları şirkətin portnyor əlaqədə olduğu klinikalara əvvəlcədən təqdim olunur. Müayinə və müalicə şərtləri, eyni zamanda qiymətlər və digər ekstra təkliflər müxtəlif növ paketlər şəklində müraciət edənə bildirilir. Müraciət edənin seçmiş olduğu paket üzrə prosedura müştərinin qarşılanması, yerləşdirilməsi, sənədləşmə işlərinin zaman itirmədən həll edilməsi, nüfuzlu klinikalar tərəfindən müayinə və müalicəsinin aparılması daxildir. Məlumatda bildirilir ki, qiymətlər xidmətə görə yox, xəstəlik növündən asılı olaraq dəyişir.

“Yasha Group” vasitəsilə Türkiyədə mənzil ala biləcəksiniz
Mehri Ağasoy qeyd edir ki, “Yasha Group”un təklif etdiyi xidmətlər sağlıq turizmi ilə kifayətlənmir:
“1 Aprel 2016-cı ildə YASHA Group adı altında rəsmi qeydiyyata alınan Azərbaycan - Bakı mərkəzli “YASHA Group”, Türkiyə’nin İstanbul şəhərində də fəaliyyət göstərir.

“Yaşamağa Dəyər” sloqanıyla hərəkətə keçən şirkətimiz ilk olaraq sağlıq turizmi (medikal turizm ) məqsədi ilə işə başlasa da, xoşbəxt yaşam üçün gərəkli olan digər önəmli dəyərləri xidmət sahəsinə daxil edib. Hazırda medikal turizmdən ( YashaMed ) əlavə olaraq “YashaLux” (Türkiyədə daşınmaz əmlak satışı), “YashaTour” (Türkiyəyə termal turların təşkili), “YashaFun” (İstanbulda tədbirlərin təşkili), “YashaPR” (Azərbaycan və Türkiyədə Sosial Media, Media və Xalqla əlaqələr xidməti), “YashaEDU” (İşinin ən bilinən mütəxəssislərinin üst səviyyə Master Classların Bakıda təşkili) və “YashaBuy” (B2B və B2C olaraq E-mağaza proyektləri üzərində çalışılmaqdadır) xidmətlərini təklif edirik.”

“YashaLUX” xidmətinin təklif etdiyi ətraflı bilgi və yardım sayəsində hər bir azərbaycanlı Türkiyənin istənilən bölgəsində öz zövqünə və rahatlğına uyğun şəkildə asanlıqla mənzil ala biləcək.

Şirkət termal turlar da təşkil edir
Türkiyə deyilərkən ağıla ilk gələn İstanbul şəhəri və yalnız istirahət olur. Amma bu bir gerçəkdir ki, Türkiyənin digər şəhərlərində İstanbuldan fərqli olaraq sakit istirahət üçün əlverişli və möcüzəvi təbiət özəlliklərinin olması ilə bərabər, qiymətlər də qat-qat ucuzdur. “YashaTOUR” Türkiyənin təbii müalicəvi imkanlarından istifadə etmək istəyənlər üçün nəzərdə tutulub.

PR işini “Yasha Group”a etibar edin
Şirkətin “YashaPR” layihəsi çərçivəsində Beynəlxalq Biznesin İnkişafı və Strateji Əlaqələr agentliyinin peşəkar heyəti ilə, Azərbaycan və Türkiyə bazarına daxil olmaq, doğru istiqamətləndirilmək, müştəri qazanmaq, reklam-tanıtım xidmətlərini həyata keçirmək, media ilə birbaşa əlaqələr qurmaq istəyən Türkiyə və Azərbaycan şirkətlərinə xidmət göstərməkdədir.

“Yasha Group” özəl günlərinizi daha da özəl edəcək
“Yaşamağa dəyər” sloqanı ilə fəaliyyət göstərən “Yasha Group” yaşama aid bütün istiqamətlər üzrə sərfəli şərtlərlə xidmət göstərir. Şirkətin “YashaFUN” xidməti istiqamətində müştərilər Özəl günlər, doğum günü, şirkət tədbirlərinin təşkili, açılış, tədbir təşkili xidmətlərindən faydalana biləcəklər.

“Yasha Group”un sərfəli şərtlərlə təklif etdiyi xidmətlərindən faydalanmaq üçün şirkətin saytına daxil olub(www.yasha.az) daha ətraflı məlumat alaraq saytın Əlaqə bölməsində göstərilən əlaqə vasitələrindən istifadə etmək olar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz