31 yanvar 2018 10:39

Abşerondakı istilik şirkətləri ləğv olundu

Abşeronda eyni ünvanda qeydiyyatda olan 5 istilik xidməti göstərən məhdud məsuliyyətli cəmiyyət ləğv olunduğunu elan edib.

FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, həmin şirkətlər bunlardır:

“Mehdiabad İstilik 2014” MMC,
“Çaylı İstilik 2014” MMC,
“Masazır İstilik 2014” MMC,
“Məhəmmədi İstilik 2014” MMC,
“Fatmayı İstilik 2014” MMC.

Kreditorlar öz tələblərini irəli sürmək üçün 2 ay vaxt verilib. Bunun üçün onlar Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına müraciət edə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz