Türkiyədə sosial şəbəkələrə giriş dayandırıldı

Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə giriş dayandırılıb.

Hazırda mobil telefonlar vasitəsilə "facebook", "whatsapp", "twitter", "youtube"a daxil olmaq mümkün deyil.

Sosial şəbəkələrə giriş yalnız kompüter vasitəsilə mümkündür.

Ölkədə sosial şəbəkələrə məhdudiyyətin qoyulmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Amma bunun Türkiyədə terrorçuluğa qarşı keçirilən sonuncu əməliyyatlarla bağlı olduğu güman olunur.

Qeyd edək ki, noyabrın 3-dən 4-nə keçən gecə Türkiyə polisi əsasən kürdlərin təmsil olunduğu Xalqların Demokratik Partiyasına (HDP) qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində partiyanın həmsədrləri də daxil olmaqla 12 deputat həbs olunub. 

Onlar terrorçuluq fəaliyyətində şübhəli bilinir.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin