Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşacaq

Noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq.

“Azərbaycan Dəmir Yolları" QSC-dən bildirib ki, noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin