Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təklif olunur

Azərbaycan ərazisində xarici ölkələrdə verilən sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Milli Məclisdən bildirilir ki, “Yol hərəkəti haqqında” qanuna bununla bağlı əlavə ediləcək. Təklif prezidentin təqdimatı ilə göndərilib.

Təqdimatda qanunun 35-ci maddəsinə yeni bəndin (xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) əlavə edilməsi təklif olunur.

Təklifə görə, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanından verilən və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi ilə cəmi bir ay avtomobil idarə edə bilər. Vətəndaş bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidir.

Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər isə ölkədə olduqları müddətdə xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər.

Ancaq həmin kateqoriyadan olan şəxslər yaşamaqdan ötrü icazə aldıqda, həmin gündən sonrakı bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidir.

Hazırda qanunun qüvvədə olan variantında xaricdə alınmış sürücülük vəsiqələri ilə bağlı aydınlıq yox idi.

Parlament təklifi noyabrın 11-də müzakirə edəcək.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin