03 noyabr 2016 10:01

"Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işini yekunlaşdırıb

1-2 noyabr tarixində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Fed.az-a verilən məlumata görə, sammitin 2-ci günü panel iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev moderator qismində çıxış edib.

"Şəhər turizminin inkişafında mədəniyyətin rolu" mövzusunda keçirilən panel iclasında mədəni turizm, eləcə də maddi və qeyri-maddi irs elementlerinin şəhər turizmində rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Panel iclasının açılışında çıxış edən nazir Əbülfəs Qarayev mədəniyyət və şəhər turizmi arasındakı münasibətlərdən, mədəni elementlərin turizmin inkişafında istifadə edilməsi yollarından, eləcə də ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs edib. Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsindən bəhs edən nazir 2017-ci ildə Ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verərək, panel iclasının iştirakçılarını eləcə də bütün tədbir qonaqlarını bu tədbirə dəvət edib.

Qeyd edək ki, "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit" artıq öz işini başa çatdırıb.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin