02 noyabr 2016 16:02

Azərbaycanlı sahibkarlara 78 mln. manatlıq layihə təklif edilir

"Tümen vilayətinin rəhbərliyi azərbaycanlı sahibkarlar tərəfindən meyvə-tərəvəz mərkəzinin tikintisinə dəstək verməyə hazırdır". Bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib.

 

V. Yakuşev bildirib ki, layihənin dəyəri təxminən 3 mlrd. rubl (78,3 mln. manat - red.) təşkil edir. "Düzdür, söhbət iri məbləğdən gedir. Lakin söhbət həmçinin gəlirli layihədən gedir. Rusiyada, o cümlədən Tümendə Azərbaycan məhsullarına böyük tələbat var. Azərbaycandan ixrac olunan məhsullar bu mərkəz vasitəsilə digər regionlara da çıxarıla bilər. Biz hökumət olaraq sahibkarlara zəruri dəstək verməyə hazırıq. Bundan başqa, biz sahibkarlar üçün bütün zəruri infrastrukturla təchiz olunmuş torpaq sahəsini də təklif edə bilərik".

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin