17 yanvar 2018 08:40

Ronaldinyo karyerasını rəsmən başa vurub

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo 37 yaşında karyerasını başa vurub.

37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.

"O karyerasını başa vurdu. Biz avqustda 2018-ci il Dünya Çempionatından sonra onun üçün əhəmiyyətli bir şey edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik və, təbii Braziliya yığmasının iştirakı ilə matç təşkil edəcəyik", deyə Assis bildirib.

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.

Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin