01 noyabr 2016 13:52

Aqrokimyəvi laboratoriyalar yaradılacaq

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq. Bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib: "Artıq tender keçirilib və qalibi də müəyyən olunub. Təxminən bu ilin sonu-gələn ilin əvvəlinə 12 regionda aqrokimyəvi laboratoriyaların qurulması üzrə işlərə start veriləcək ki, bundan sonra treninqlər başlanacaq. Bu, genişmiqyaslı prosesdir".

Nazir əlavə edib ki, həmçinin veterinar, eləcə də fitosanitar laboratoriyalar yaradılacaq.

Trend©

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin