15 yanvar 2018 09:39

2000-ə yaxın hüquqşunas vəkil olmaq istəyir

Yanvar ayının 11-dək vəkil olmaq istəyən 2 min hüquqşunas qəbul üçün müraciət edib. FED.az xəbər verir ki, bu haqda Vəkillər Kollegiyasının ixtisas komissiyasının məlumatında bildirilir.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 2017-ci il dekabrın 9-da vəkilliyə qəbul prosesi bərpa olunub. Sənədlərin qəbulu dünən, yanvarın 11-i başa çatıb.

Məlumata görə, Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilib. Qəbul üçün sənəd verən namizədlərin sayınınsa 2000-ə yaxın olduğu qeyd edilir.

Vəkilliyə namizədlərlə yazılı test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə, bu il yanvarın 28-də keçiriləcək.

Parlament ötən il oktyabrın 31-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Bir çox ekspertlər və hüquqşunaslar hesab edir ki, hüquqşunasların məhkəməyə çıxmaq imkanlarının əllərinən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.

Azərbaycanda Vəkillər Kollegiyasının cəmi 906 üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayı sıralamasında Azərbaycanın adı son yerlərdə gəlir.

@turan

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz