31 oktyabr 2016 20:05

Azərbaycan və Dağıstan ticarət və aqrar sahələrdə bir sıra layihələri reallaşdıracaq

Azərbaycanla Dağıstan ticarət və aqrar sahələrdə bir sıra layihələrin reallaşdırılmasını planlaşdırır. “Interfax” agentliyi xəbər verir ki, bunu Dağıstanın rəhbəri Ramazan Abdulatipov bildirib
R. Abdulatipov qeyd edib ki, Azərbaycan tərəfi gələn ilin mart ayınadək Xaçmazda Dağıstan istehsalı olan məhsulların satışını həyata keçirəcək mağazanın açılışına razılıq verib. “Analoji mağaza Dərbənddə də açılacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin iştirakı ilə Dağıstanda fındıq istehsalı müəssisənin yaradılması üzərində iş gedir: “Bu cür müəssisələr çox olmalıdır. Bununla biz aqrar-sənaye kompleksimizi inkişaf etdirə bilərik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Dağıstan Azərbaycan-Rusiya münasibətlərində baza regionu olmalıdır. Digər tərəfdən İlham Əliyevrespublikalarımız arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib”.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin