28 oktyabr 2016 18:37

Bazarın təkanverici qüvvəsi: Cümə gününün mühüm hadisələri

Bu gün OPEK-in sammiti, Rusiya Federasiyasının Mərkəzi Bankının iclası və ABŞ-da çoxlu miqdarda makroiqtisadi məlumatların nəşr edilməsi də daxil olmaqla olduqca mühüm hadisələrin baş verəcəyi gözlənilir. Bu hadisələrin hər biri dünya bazarının sonrakı dinamikasını təyin edir.

Ən vacib relizlərdən(nəşr) biri ABŞ-da III kvartal üzrə Ümumi daxili məhsulun ilkin qiymətləndirilməsi olacaq(Bakı vaxtilə saat 16:30-da). Bu göstərici Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin müddətinin artması üzrə investorların gözləntilərinə bilavasitə təsir göstərəcək.

Konsensus-proqnoza əsasən, illik hesablamada ÜDM-in kvartal üzrə artımı II kvartal(1,4% artım) ilə müqayisədə 2,6% sürətləndi. “Əgər proqnoz təsdiqlənsə, bu, müsbət amil hesab olacaq, hərçənd hətta onda 2016-cı ilin nəticələrinə görə ÜDM-in artması nisbətən zəif - 1,5% gözlənilir”, - “Sberbank CIB”-nin analitikləri yazır. Güclü göstərici ABŞ dollarını daha da möhkəmləndirə bilər, bu da riskli aktivlərə öz təzyiqini göstərəcək.

ABŞ-da III kvartal(Bakı vaxtilə 16:30-da) üzrə ölkə iqtisadiyyatında inflyasiya proseslərinin mövcudluğu indikatoru hesab olunan işçi qüvvəsinin dəyər indeksi (Employment Cost Index) həmçinin FES-in qəraına təsir edə bilər.

Bakı vaxtilə saat 18:00-da Oktyabr ayı üzrə istehlakçıların əhvalı indeksi də daxil olmaqla, Miçiqan Universitetinin statistikasının bloku nəşr ediləcək.

Bu gün və sabah Vyanada OPEK-in sammiti keçirilir. Güman edilir ki, bu görüşdə Əlcəzairdə əvvəlcədən razılığa gəlinmiş neft hasilatının məhdudlaşdırılması haqqında razılaşmanın təfərrüatlarının ətraflı müzakirəsi davam edəcək, lakin razılaşmanın son parametrləri yəqin ki, Noyabr ayının sonunda kartel iclasında məlum olacaq. KİV məlumatlarına görə, istirahət günlərində OPEK-in müzakirəsinə Rusiya, Braziliya və Qazaxıstanın nümayəndələri qoşulacaqlar.

Neft bazarı üçün digər bir vacib xəbər “Baker Hughes”-ın ABŞ-da fəaliyyət göstərən burğu-qazıntı işlərinin sayı üzrə məlumatlarının nəşri olacaq(Bakı vaxtilə saat 21:00).

Bu gün Bakı vaxtilə saat 14:30-da Rusiya Federasiyasının Mərkəzi Bankının iclasının nəticələri məlum olacaq. Buna baxmayaraq, bazar tənzimçidən sürprizlər gözləmir. Bir az əvvəl Mərkəzi Bank bildirdi ki, hal-hazırda 10% səviyyəsində möhkəmlənən əsas dərəcələri ilin sonuna kimi aşağı salmaq niyyətində deyil.

Növbəti Çərşənbə günü bazar FES-in faiz dərəcələrinə dair qərarının bildirilməsini gözləyir. Federal Ehtiyatlar Sisteminin Noyabr iclasında dərəcələrin artacağının ehtimalı mümkünsüz hesab edilir. Buna səbəb iclasın ABŞ-da prezident seçkilərindən(8 Noyabr) yalnız bir neçə gün əvvəl baş verəcəyidir.

Bundan başqa, növbəti həftədə Yaponiya(Çərşənbə axşamı) və İngiltərənin(Cümə axşamı) Bankları pul-kredit siyasəti üzrə öz qərarlarını bildirəcəklər.

Bu gün dünya valyuta bazarında dolların məzənnəsi xaricdən məlumatların gözləntisi fonunda az dəyişir, həmçinin rubl məzənnəsində də əhəmiyyətli dəyişikliklər baş vermir. Rusiya məzənnəsi neft kotirovkasının azalması fonunda hərracı mənfidə açdı , yəni bir dollar 63 rubl civarında.

“Hal-hazırda ən yüksək fəallıq valyuta bazarında deyil, məhz suveren istiqraz vərəqələri seqmentində müşahidə edilir, - “Sberbank CIB”-nin analitikləri yazırlar. – Cari həftədə ABŞ, Almaniya və Böyük Britaniyanın 10 illik dövlət vərəqələrinin gəlir göstəricisi 20 punkta qədər artıb. Təəccüblüdür ki, iki aydan çoxdur ki, 10 illik Britaniya dövlət istiqraz vərəqələrinin gəliri 1,25% artaraq 75 punkt təşkil etdi. Bütövlükdə, aparıcı qlobal bazarlarda gəlir inflyasiya gözləntiləri ilə birlikdə artır”.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz