09 yanvar 2018 09:00

"McDonalds" yaxşıdır, yoxsa "Burger King"? - MÜQAYİSƏ

Məşhur McDonalds və Burger King 50 ildən çoxdur “fast food” biznesi ilə məşğuldur.

İki restoranı müqayisə etsək McDonalds-ın Burger King-dən daha məşhur və daha geniş bir şəbəkəyə malikdir.

McDonalds ile Burger King Arasındaki Fark
En güzeli ev yapımı hamburger.

McDonalds və Burger King arasındakı fərq

İkiqat hamburgerləri müqayisə edərkən, McDonalds burgerlərinin Burger King burgerlərindən daha yüngül olduğunu görə bilərsiniz. Bundan əlavə, Burger King hamburqerinin çəkisi 120 qr, McDonalds-da isə 100 qramdır.

Yağlılığına gəlincə, deyə bilərik ki, Burger King hamburgerlərində yağ McDonalds-dakından daha çox yağ var. McDonalds hamburgerinin tərkibində təxminən 9 qram yağ olduğu halda, Burger King hamburgerlərində bu tərkib təxminən 12 qram təşkil edir.

İki restoranın xidmətində də çox fərq var. Xidmət siyasəti üçün McDonalds'ın şüarı "Yemək həmişə isti olacaq" seçilib. McDonalds restoranına gedərkən keyfiyyətli xidmət əldə edə bilərsiniz. McDonalds-da xidmətin surətinə deyil, xidmət keyfiyyətinə diqqət yetirilir. Bir işçi bir yerə yalnız bir sifarişi qəbul edir və yemək hazırlanır. İlk yemək sifarişçiyə çatdıqdan sonra növbəti müştəridən sifariş qəbul edilir.

Burger King-də isə müştərilərə bir neçə xidməti seçmək imkanı verilir və daha sürətli xidmət göstərməyə çalışır. Ona görə də Burger King-də xidmət daha sürətlidir.

Hər iki restoranın təşkilati strukturunda bəzi fərqlər də ola bilər. McDonalds-da, sifariş bir işçi tərəfindən alınır və eyni işçi tərəfindən verilir. Lakin, Burger King, sifariş bir məkanda qəbul edilir və ərzaq başqa bir yerdə müştəriyə çatdırılır.

McDonalds-da ərzaq kütləvi istehsal edilir. Məsələn, McDonalds-da satın aldığınız hamburger əvvəlcədən və ya sonradan bişirilmir. Burger King-də isə sifariş qəbul edildikdən sonar hamburgerə ərzaqlar əlavə olunur.

McDonalds ile Burger King Arasındaki Fark
Big Mac (solda) Whopper (sağda)

Big Mac və Whopper

Hər iki restoran dünyada məşhur ikonik məhsullara malikdir. McDonalds'ın ən məşhur məhsulu Big Mac, Burger King-in isə ən məşhur məhsulu Whopper-dir. Burger King, hər il 2,1 milyard Whoppers satır. McDonalds-da isə təxminən 550 milyon Big Mac satılır.

Whopper ilk dəfə 1957-ci ildə istehsal edilib. Whopper bir qril üzərində pişmiş dörddə bir ölçüdə sarımsaqdan ibarət olan hamburgerdir.
Big Mac isə ondan 10 il sonra - 1967-ci ildə istehsal edilib. Pendir, ət və qarnirdən ibarət olan 3 mərtəbəli hamburgerdir. Big Mac, təzə soğan yerinə qurudulmuş soğan istifadə edir.

Big Mac-da 550 kalori və 29 qram yağ ehtiva edildiyi halda Whopper-də 630 kalori və 35 qram yağ var.
Hansı hamburgerin daha populyar olduğunu təxmin etmək çətindir. Çünki hər iki məhsul bütün dünyada böyük alıcı kütləsinə sahibdir. Nəhayət, 2013-cü ildə McDonalds-ın dünyadakı filiallarının sayı 34 minə, Burger King-in isə 12 minə çatıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz