09 yanvar 2018 23:47

Bakıda "McDonalds"a yeni rəqib gəldi - AÇILIŞ

Bakıda dünyaca məşhur fast-food şəbəkəsi olan “Burger King”in restoranı açılıb. Yeni restoran 28 Mall ticarət və istirahət mərkəzində yerləşir.

FED.az xəbər verir ki, Azərbaycanda bu restoranının françayzinq çərçivəsində fəaliyyət göstərəcəyinə dair xəbərlər bir neçə il əvvəldən yayılmışdı.

Belə ki, o zaman Türkiyənin qida şirkəti “TAB GİDA” Gürcüstan və Azərbaycanda bu restoranların açılması ilə bağlı françayzinq aldığını bildirirdi.

“Burger King Corporation” – ABŞ şirkətidir. Mənzil qərargahı Florida ştatında, Mayami-Deyddə yerləşir. 2013-cü ilin sonuna olan göstəricilərə əsasən, “Burger King” dünyanın 79 ölkəsində 13 min restorana sahibdir. Bunun 66%-i ABŞ-da yerləşir. Onlardan 90%-i françayzinqdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz