27 dekabr 2017 11:38

Allahşükür Paşazadənin qızı klinika açıb

Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.

FED.az xəbər verir ki, "Vergilər" qəzetinin xüsusi buraxılışındakı məlumata görə, MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz