25 dekabr 2017 19:01

Yeni qurumun sədri kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qoşqar İlahi oğlu Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

FED.az-ın məlumatına görə, Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış “Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz