22 dekabr 2017 17:22

Avropalılar pulu nəyə xərcləyirlər – MARAQLI STATİSTİKA

Eurostat, avropalıların nəyə pul xərclədikləri ilə bağlı maraqlı bir araşdırma aparıb.
FED.az xəbər verir ki, hesabatda, mütəmadi olaraq restorana gedən, dəb əşyalarına daha çox pul xərcləyən, transporta qənaət edən əhalinin cibinə zərər vuran əsas xərcin kommunal xidmətlərlə bağlı olduğu görünür.

Litvalılar ailə büdcəsinin 20,6%-ni supermarketlərdə xərcləyir. Təbii ki, bu, böyük məbləğdir. Orta səviyyəli Avropa ailəsi isə büdcəsinin 11,1%-ni qidaya xərcləyir. Yüksək statistik göstəricilər estoniyalılar (18.7%), bolqarlar (17.9%), latviyalılar (16.5%) və yunanlara da (16.3%) aiddir. Təbii ki, bu, həmin ölkələrin vətəndaşlarının yeyimcil olması ilə əlaqəli deyil. Sadəcə olaraq, Avropa standartlarına görə buradakı gəlirlər azdır və buna görə də ərzaq səbəti büdcəsinin əhəmiyyətli hissəsini “işğal” edir. Amma qidaya ən az pulu, ən zəngin Britaniya xərcləyir(7,1%).

Analitiklər avropalı ailələrin şəraba, pivəyə, tütüm məmulatlarına və narkotik vasitələrə(satışın leqal olduğu ölkələr üzrə) xərclədikləri pulun ailə büdcələrinin neçə faizini təşkil etdiyini də araşdırıb. Siyahının sonunda Portuqaliya(3,1%) və Almaniya(3,2%) yer alır. Bu da, orada bir şüşə şərabın 2-3 avro olduğunu nəzərə alsaq, normaldır. Zərərli vərdişlərə ən az pul xərcləyən ölkələr siyahısında Hollandiya da var. Bu istiqamətdə ən çox pul xərcləyən ölkələr sırasına isə Estoniya, Çexiya, Latviya və Macarıstan 8% ilə, Lüksemburq isə 8,5 % ilə daxildir.

Əksər avropalı ailə geyim əşyalarına da az - 4,9% pul xərcləyir. Bu əşyalara daha çox Estoniya, Portuqaliya, İtaliya və Avstriyada pul xərcləyirlər(6,6%). Geyim əşyalarına daha az pul xərcləyə ölkələr isə İslandiya,Bolqarıstan və Çexiyadır – 3,2-3,6%. Belə görünür ki, bu ölkələr üçün dəbin heç bir əhəmiyyəti yoxdur.

Avropada daşınmaz əmlaka xərclənən vəsait daha çoxdur. Belə ki, bu istiqamət ümumi ailə büdcəsinin 24,5%-ni əhatə edir. Kommunal xidmətlərə daha çox Danimarkada(29,1%), Finlandiyada(28,4%) və Böyük Britaniyada(27,1%) pul xərclənir. Bu siyanın sonunda Kipr, Litva və Malta 10-15% ilə yer alır.

Nəqliyyat üçün (yalnız şəhərdaxili deyil, həmçinin ölkələrarası qatarlar, təyyarələr) Aavropa sakinləri orta hesabla 2,8% pul xərcləyirlər. Buna ən çox pul xərcləyən ölkələr siyahısına 4-5,6% ilə Yunanıstan, Bolqarıstan və Britaniya başçılıq edir. Belçika, Sloveniya və Lüksemburqun reytinqini göstəriciləri isə aşağıdır – 0,8-1,1%. Bu da təəccüblü deyil, çünki kiçik ölkələrdir.

Rabitə xidmətləri üçün (poçt, telefon, internet) Avropa ailəsi büdcəsinin 2,5% -ni xərcləyir. Ən bahalı rabitə xidməti Bolqarıstandadır – bütün xərclərin 4,8% -i. Malta, Macarıstan və Yunanıstanın da göstəriciləri də yüksəkdir – 3,6-4,4%. Lüksemburq, Avstriya və Birləşmiş Krallıq isə 1,6-2% göstərici ilə rabitəyə daha ən az pul xərcləyən ölkələr sırasındadır.

Orta səviyyəli Avropa ailəsi istirahət və əyləncəyə də kifayət qədər pul xərcləyir. Ailə büdcəsinin böyük hissəsini restoran, kafe, pab və barlara xərcləyənlər ispanlardır. Orta səviyyəli Avropa ailəsində bu xərclərin ümumi ailə büdcəsinin 6,9%-ni təşkil edirsə, ispanlarda bu göstərici 14,8%-dir. İspaniyada hər cibə uyğun restoranlar olsa da ispanlar birlikdə mütəmadi olaraq restoranlara gedərək orada həm çox vaxt keçirmək, həm də çox pul xərcləməyi sevirlər. Polşalılar isə daha çox evdə yemək yeməyə üstünlük verirlər. Məhz bunun sayəsində də orada əyləncəyə xərclənən vəsait ümumi ailə büdcəsinin sadəcə 2,5%-ni təşkil edir.

Paylaş

Şərhlər

Cavab yaz