Azerfon
REGİONAL PƏRAKƏNDƏ SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS (Füzuli, Ucar, Kürdəmir, Beyləqan, Zərdab)
Yalnız Füzuli, Ucar, Kürdəmir, Beyləqan, Zərdab rayonlarında yaşayan namizədlər nəzərə alınacaqdır
Vakansiya haqqında
Şirkət : Azerfon
Departament : Satış
Şöbə : İstehlakçı Satışı
Bölmə : Regional Pərakəndə Satış
İş yeri : Füzuli, Ucar, Kürdəmir, Beyləqan, Zərdab regionu
Son müraciət tarixi : 31.12.2017
Sizin əsas vəzifə öhdəlikləriniz
• Satış prosedurlarına (Diler Satış Məntəqələrində) nəzarət etmək və onları inkişaf etdirmək
• Diler mağazalarında Nar məhsullarının birbaşa satışını təşkil etmək;
• Nəzarət etdiyi satış nöqtələrinin satış hədəflərinə çatmasına dəstək olmaq
• Distribyutor və Diler əməkdaşlarının Nar məhsul və xidmətləri haqda bilik səviyyələrinin artırılmasına köməklik göstərmək və ehtiyac olduqda onlara təlimlər keçmək
• Küçə reklamı banerlərinin xarici görünüşünə nəzarət etmək
• Yeni satış məntəqələrini cəlb etmək, biznes plana uyğun olaraq təyin olunmuş bölgə üzrə satış kanallarını inkişaf etdirmək;
• Yeni satış nöqtələsi üçün təklif olunan mağazalara baxış keçirmək, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlanmış mağazalar haqqında rəhbərliyi məlumatlandırmaq;
Eləcə də bax: «Atəşgah» Sığorta Şirkəti işçi axtarır - VAKANSİYA
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
• Ali təhsil;
• Satış sahəsində 2-3 il iş təcrübəsi;
Sizdən tələb olunan bacarıq və səriştəliklər
• B Kateqoriyalı sürücülük vəsiqəsi
• MS Office proqramlarını yaxşı bilmək
• Güclü ünsiyyət bacarığı
• Yaxşı təqdimat və satış bacarığı
Müraciət etmək üçün
CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində “Regional Pərakəndə Satış üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.