13 dekabr 2017 14:49

Bu maraqlıdır – Domino's Pizza

Domino's Pizza tarixi ... Bu markanın hekayəsi bir az araşdırıldığında Tom Mogaghan və onun qardaşı Ceymsin yerli bir pizza restoranını almasına qədər uzanır. O dövr qardaşlar, pizza restoranını almaq üçün 500 dollar borclanırlar ancaq bütün bu çətinlikləri unutmuş olan James işi buraxır və hissəsini Volkswagen Beetle qarşılığında qardaşına yəni Tom-a satır. Tom artıq bu pizza restoranının tək sahibi və tək söz haqqı olan adam olur. Bu səbəblə almış olduqları kiçik pizza restoranının adını öz qərarı ilə Dominick’s Pizza -dan Domino's Pizza -ya çevirir.


Dominos Pizza –ın inkişafı

Tomun rəhbərliyində olan Domino's Pizza gün keçdikcə inkişaf etsə də 1968-ci ildə şirkətin əsas mərkəzində bir yanğın çıxır və erzaqların hamısı yanır. İnkişaf və böyümə müddətində bir sıra talehsiz hadisələrlə qarşılaşan marka 1980-ci illərdə Dominos Winnipeg Canada da beynəlxalq Domino's-u açır. Şirkət bu prosesdən sonra davamlı inkişaf edir və 2006-cı ilin iyun ayında 8909 mağazaya çatır. Təkcə ABŞ-da Domino's-un 800-ə yaxın franşiza sahibi (icarə sahibləri) var və bu insanların 90%-i öz karyeralarına sürücü, pizzaçı və saata görə işləyən işçilər kimi başlayıblar.


Beynəlxalq və qlobal faktlar

• Domino's çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır.
• Dünyanın 85-dən çox ölkəsində 13,800-dən artıq şöbəsi vardır. (4-cü rüb 2016)
• Dünya üzrə 260,000-dan artıq işçi heyəti var.
• Satışlarının yarıdan çoxu ABŞ-dan kənarda olan ölkələrdən gəlir.
• 2016-ci il üzrə Qlobal pərakəndə satış 10.9 milyard $ təşkil edib. (5.3 $ daxili, 5.5 $ beynəlxalq)

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz