12 dekabr 2017 11:08

Bu maraqlıdır – Coco Chanel

Gabrielle Bonheur Chanel — Fransalı modelyer.

Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Gabriella olan dizayner məşhur Coco adını çox sevdiyi co cori co mahnısından götürüb.

Gabriella Chanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir. 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır. Amma Birinci dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra - 1919-cu ildə "Şanel Moda evi" fəaliyyətini bərpa edir.

Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə "Chanel №5" ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları,

Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Coco Şanel üçün çox böyük uğur idi

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.

1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Chanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Coco Chanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Chanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Chanelə böyük sevinc və fərəh verirdi.

Coco Chanel 88 il ömür yaşadı. Onu hələ sağlığında "moda aləminin filosofu" adlandırırdılar. XX əsrin qadın silueti Gabrielle Bonheur Chanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişdi.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz