Riçard Brensonun gənc sahibkarlara tövsiyyəsi: “Hər şeyi kənara qoy. Giriş və et” 

20 yaşında böyük bir imperiyasını quran və riskləri gözə almağı öyrənən sahibkar Riçard Brenson gənc sahibkarlara tövsiyyə edir ki, onlar heç nədən çəkinməyərək bizneslərini qursunlar və həmin yolda onların qarşısına çıxa biləcək riskləri gözə alsınlar.

Onilliklər boyunca sahibkar Riçard Brenson öz ruh yüksəkliyini qoruyub saxlamış, işinə olan bağlılıq hissini itirməmiş və həmçinin markasının idarə edilib tanıdılma yolunu da uğurla davam etdirmişdir. Belə bir hal isə öz sahibkarlıq biznesini gənc yaşlarda başlamaq istəyən insanlar üçün xüsusilə ilhamverici bir aura yaradır və onları bizneslərinə başlamaq istiqamətində həvəsləndirir. 

Brenson deyir ki, yaxşı ideya və fikirləri olan çoxlu insanlar vardır. Lakin hamısı öz ideyalarının ardınca getmir və onları reallaşdırmır. Buna səbəb isə insanların 99%-inin onlara hər cür səbəb və bəhanə gətirərək ideyalarını reallaşdırmaqda əngəl olması ola bilər. Məsələn: bəziləri deyir ki, bu, köhnəlmiş ideyadır, bunu artıq ediblər, səndə alınmaz; bəziləri isə bu, yaxşı ideya deyildir və ya sən insanların gözündən düşərsən, uğursuzluğa düçar olarsan və s.” “Əslində isə sonda siz sadəcə hər şeyi bir kənara qoyub işə girişməli və onu etməlisiniz, ideyanızın ardınca onu reallaşdırmağa doğru getməlisiniz. Sadəcə hərəkət edin, addım atın, bir yerdə dayanmayın, hədəflərinizə çatmaq üçün irəliyə doğru addımlayın. Aktiv olun.” deyə Brenson məsləhət görür.

15 yaşında ikən Riçard məktəbi tərk edib öz ilk biznesini açır. Həmin biznes isə gənc fəallar üçün yaradılan “Student” adlı biznes-jurnalın açılmasından ibarət idi. 4 il sonra, 1970-ci ildə Brenson poçt vasitəsilə səsyazılar satmağa başlayır. 1971-ci ildə isə ilk səsyazmalar mağazasını, 1972-ci ildə səsyazma studiosunu açır. 1973-cü ildə Brenson ilk şəxsi səsyazmalar studiyasında bir çox qruplarla çoxsaylı müqavilələr bağlamağa başlayır. O zaman Brensonun heç 24 yaşı belə yox idi, Onun nəhəng “Virgin” biznes imperiyası məhz o zamanlar qurulmağa başlamışdı. 

Hazırda “Virgin Group” təxminən 400-dən artıq müxtəlif profilli müəssisəni birləşdirən dünyada tanınmış bir korporasiyadır. Bu şirkətlər qrupuna əyləncə, səyahət, mobil sənaye sahələri kimi sahələr daxildir. 

Habelə qeyd edək ki, bütün nəzərəçarpan uğurlarına baxmayaraq Brensonun heç də bütün böyük ideyaları uğurlu olmamışdır. Məsələn, onun “Virgin Airlines” hava yolları şirkəti və “Virgin Mobile” şirkəti tanınmış flaqman markalar olsa da, “Virgin Cola” şirkəti barədə eynisini söyləyə bilmərik. O da bir çox hallarda uğursuzluğa düçar olmuşdu, lakin bu vəziyyət onu ruhdan salmamış, əksinə Riçard bu səhvlər üzərində öyrənib nəticələr çıxarmışdı və həmin nəticələr də ona uğura aparan qapıları açmağa kömək etmişdi. 

İnsanlar unutmamalıdırlar ki, böyük risklər həmişə böyük addımlar atmağı tələb edir və bəzən ictimai uğursuzluqlara da düçar ola bilərsiniz. Lakin vaz keçməməlisiniz. Məhz Brensonu uğura aparan yol da bundan ibarət idi. Onun uğurunun sirri – qətiyyətli və əzmkar olmasında idi. O, inanır ki, hətta uğursuzluq labüd və qaçılmaz görünərsə belə qətiyyət və əzmkarlıq göstərmək çox vacibdir və məhz bunların sayəsində müvəffəqiyyətə çatmaq olar. 

“Əgər siz kifayət qədər qətiyyətli və əzmkarsınızsa, …… o zaman çox böyük ehtimalla uğur qazanacaq və qoyduğunuz hədəfə çatacaqsınız. Çünki insanlar çox vaxt düçar olduqları uğursuzluqlardan çıxardığı nəticələrdən nəsə öyrənə bilir və bu da onlara gələcəkdə müvəffəqiyyət qazanmaq üçün keçmişdə etdikləri səhvləri bir daha etməməyə imkan yaradır. Əgər heç bir addım atmasanız və ya atmağa qorxsanız, o zaman heç vaxt həmin addımın doğru olub-olmadığını bilməyəcəksiniz. Buna görə addım atın, hərəkətə keçin və heç bir halda vaz keçməyin. Burada ən önəmli və əsas məqam isə təbii ki, uğursuzluqlara görə öz niyyətindən vaz keçməmək, görəcəyiniz işi təxirə salmamaq və hər şeyi bir kənara qoyaraq sadəcə işə girişib onu həyata keçirmək, o cümlədən əzmkar və qətiyyətli olmaqdır” deyə Brenson bildirmişdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin