28 noyabr 2017 22:13

Dekabrın 14-dən “vergilərin optimallaşdırılması” başlayır

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bu ilin dekabr ayının 14-dən etibarən “Vergilərin optimallaşdırılması” mövzusunda növbəti təlimə start verir.
FED.az xəbər verir ki, dekabrın 15-dək davam edəcək təlimdə vergilərin optimallaşdırılmasının məqsədi və vəzifələri, mərhələləri, metodları, vergi ödənişlərinin təxirə salınması metodu, offşor metodu,güzəştli müəssisə metodu, ƏDV-nin optimallaşdırılmasının xüsusiyyətləri, həmçinin, gəlir vergisinin optimallaşdırılmasının xüsusiyyətləri və digər mövzular tədris olunacaq.
ABTM-dən bildirilib ki, ödənişli əsaslarla həyata keçirləcək təlimdə bir nəfər üçün iştirak haqqı 200 manat təşkil edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz