Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə: Risklərin idarə edilməsi üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi
Namizədin Profili
• Ali təhsil (Tətbiqi riyaziyyat, İnformasiya Texnologiyaları, Fizika üzrə);
• İT sahəsində iş təcrübəsi;
• Windows, Linux əməliyyat sistemləri üzrə təməl biliklər;
• TCP/İP və UDP, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlamaq;
• OSİ/DoD (TCP) modeli üzrə təməl anlayışa sahib olmaq;
• Kompyuter və şəbəkə təhlükəsizliyi, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi, kriptoqrafiya şifrələnməsinin əsasları prinsiplərini anlamaq;
• Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
• Proqram təminatının hazırlanma prinsiplərini anlamaq;
• Əsas şəbəkə servislərini anlamaq (DNS, DHCP, NTP, SNMP və s.);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CİSCO İT Essential, Comptia İT Fundamentals, CİSCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, Comptia Security +, Comptia CSA, ISACA CRISC, ITIL Foundation, ISACA COBIT 5;
• İSO 27000/27005 tələbləri barədə təsəvvürə malik olmaq arzuolunandır.
Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri şöbəsi:
Başlıca öhdəliklər və məsuliyyətlər
• Borcalanın maliyyə hesabatlarının və ödəmə qabiliyyətinin təhlili
• Maliyyə modellərin hazırlanması va tətbiq olunması, bençmarkinq və proseslərin analizinin aparılması
• Layihənin qiymətləndirilməsi üçün maliyyə modelləşdirilməsi
• Reytinq və skorinq modellərinin təkmilləşdirilməsi və istifadəsi.
• Tarixi maliyyə məlumatların və kredit tarixçəsinin analizi (kredit müraciətləri, BS & IS & CF hesabatları, hüquqi sənədlər və s.)
• Borcalanın məlumatlarını ümumiləşdirilməsi və risklərin obyektiv şəkildə təyin olunması
Namizədin Profili
• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
• Korporativ maliyyə və/və ya maliyyə mühasibat biliklərinə sahib olması
• Maliyyə və ya kredit analitiki sahəsində iş təcrübəsi
• Yüksək ünsiyyət bacarıqları
• CFA və ACCA sertifikatlarını keçmiş namizədlərə üstünlük veriləcəkdir.
İstehlak kredit riskləri şöbəsi:
Başlıca öhdəliklər və məsuliyyətlər
• İstehlak kredit riskləri üzrə portfel təhlili;
• Risk limitlərinin təyin olunması və limitlərə nəzarət;
• Vintaj, PD, LGD modelləşməsi;
• Dövri olaraq hesabatların hazırlanması və təhlili.
Namizədin Profili
• İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
• Statistika və Ekonometrika sahələri üzrə biliklər;
• Proqramlaşdırma üzrə biliklərə sahib olması arzuolunandır (SQL, VBA, statistik proqramlar);
• Analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (hansı şöbə üzrə müraciət edirsiniz) göstərməyiniz xahiş olunur.