2017-ci il Azərbaycan bankları üçün elə də asan keçmir. Banco.az-ın araşdırmasına əsasən, 3-cü rübün sonunda 12 bank zərərlə işləməyə davam edir. Bununla yanaşı cəmi 4 bankın mənfəəti 10 mln manatdan çoxdur, ən çox qazanan banklar isə Kapital Bank, Paşa Bank, Xalq Bank,Bank Avrasiya və Silk Way Bankdır, onların toplam mənfəəti 117 mln 481 min manatdan çoxdur.
Bankların 2017-ci ilin 3-cü rübünə olan mənfəət və zərər renkinqi ilə isə aşağıda tanış ola bilərsiniz, bütün rəqəmlər, 2017-ci ilin üçüncü rübünə olan "Mənfəət və Zərər haqqında" hesabatlardan götürülüb.
Bank | Xalis mənfəət (manat) |
Kapital Bank | 57 636 000 |
Paşa Bank | 29 039 000 |
Xalq Bank | 13 124 660 |
Bank Avrasiya | 10 989 760 |
Bank Silk Way | 6 691 876 |
Yapı Kredi Bank Azərbaycan | 6 251 000 |
ASB Bank | 4 619 410 |
Ziraat Bank | 3 156 710 |
NBC Bank | 2 485 000 |
VTB Bank Azərbaycan | 2 420 380 |
Gunay Bank | 2 079 414 |
Atabank | 1 672 570 |
Bank Melli İran | 1 335 723 |
Expressbank | 828 000 |
Rabitəbank | 642 000 |
Beynəlxalq Bank | 469 893 |
Bank BTB | 162 000 |
Azər Türk Bank | 127 930 |
Pakistan Milli Bankı | -106 327 |
Nikoil Bank | -140 060 |
Turanbank | -379 000 |
Bank Respublika | -1 619 000 |
AG Bank | -1 699 060 |
Muğanbank | -4 626 950 |
Amrahbank | -5 821 763 |
Unibank | -10 755 000 |
AFB Bank | -11 312 329 |
Dəmirbank | -20 392 860 |
Bank of Baku | -31 890 000 |
AccessBank | -48 298 000 |
Bankların zərərlə işlməsi bir-başa onlardan asılı olan səbəblərdən qaynaqlanmır. 2015-ci ildə baş verən devalvasiya və daha sonra kreditləşmə ilə bağlı sərt qaydalar xüsusi ilə də pərakəndə sektorda çalışan banklara ciddi təsir göstərmişdir. Bankların zərərlərinin böyüməsinə təsir edən digər bir səbəb isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar ilə bağlıdır ki, banklar bu normanı yerinə yetirməyə məcburdur.