03 noyabr 2017 11:29

Blokçeyn ödəmə sistemi işə düşdü - Dünyada ilk dəfə

Ötən gün blokçeyn texnologiyaları ilə məşğul olan R3 blokçeyn konsorsiumu dünyanın 22 ən tanınmış banklarının iştirakı ilə beynəlxalq ödəniş sisteminin işlənib hazırlanması ilə bağlı məlumat vermişdir. Bu ödəniş sistemi blokçeyn vasitəsilə ənənəvi və rəqəmsal valyutanın dövriyyəsini təşkil edəcəkdir.

Söhbət ödəniş əməliyyatları üçün Corda blokçeyn platforması üzərində yaradılan tam olaraq hazırlanmış birgə bank infrastrukturundan gedir. Sistem fiat aktivlərini(qanuni valyutanı) rəqəmsal formaya çevirməklə layihənin bütün iştirakçıları arasında onların bütün köçürülməsi prosesini sadələşdirməyə imkan verir.

Bundan əlavə bu yeni həllin arxitekturası mərkəzi banklar tərəfindən buraxılan yeni rəqəmsal valyutaların əmələ gəldiyi, yarandığı zaman adaptasiya oluna bilər.

Ümumiyyətlə güman edilir ki, yeni işlənib hazırlanmış sistem beynəlxalq ödəniş dövriyyəsinin sadələşdirilməsi və sürətləndirilməsi hesabına dünya ticarətinin səmərəliliyin artırılmasına gətirib çıxaracaqdır. Bildiyimiz kimi ənənəvi ödəniş sistemlərində bir ölkədən digər ölkəyə pul vəsaitlərinin köçürülməsi zamanı bir neçə gün tətəb olunur ki, bu ticarət alış veriş prosesini ləngidir və sonda biznesə əlavə milyon dollarlar qazanmağa imkan vermir, ödənişlərin aparılmaması və dələduzluq risklərini artırır və bankın likvidliyini aşağı salır. Blokçeyn texnologiya isə real zaman rejimində ödəniş əməliyyatlarının həyata keçirilməsini təmin edir.

Blokçeynə əsaslı ödəniş sisteminin yaradılmasını- Barclays, BBVA, CİBC, Commerzbank, DNB, HSBC, İntesa, KBC, KB Kookminbank, KEB Hana Bank, Natixis, Shinhan Bank, TD Bank, U.S. Bank, Woori Bank kimi nəhəng maliyyə şirkətləri də dəstəkləmişlər.

Konsorsiumun rəhbəri David Ratterin bildirdiyinə görə blokçeyn əsaslı bu sistem bütün növ beynəlxalq maliyyə tranzaksiyaları, köçürülmələri aparan bank və şirkətlər üçün dönüş tarixidir.

Sonda qeyd etmək istrərdim ki, blokçeyn texnologiyalarından istifadə ilə bağlı Respublikamızda geniş işlərə start verilməli, nəinki maliyyə sektorunda iqtisadiyyatın bütün sektorlarında bu texnologiyadan istifadə ilə bağlı geniş müzakirələr aparılmalı və real sektorlarda tətbiqini tapmalıdır. Artıq “Rəqəmsal İqtisadiyyat”ın elementlərini biz istehlakçılar həyatımızda hiss etməliyik. Zaman bunu bizə diqtə edir.

©digitalazerbaijan.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz