01 noyabr 2017 14:06

Elman Rüstəmovun açıqlamasından sonra dollar düşdü

Noyabr ayının 1-də banklararası ticarətdə dollar bir həftədə ilk dəfə 1.70 manatdan aşağı düşüb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar ötən gün 1.70 manat məzənnəsi ilə yekunlaşıb. Bu gün isə ticarət 1.6985 manat kursu ilə başlayıb və hazırda 1 dollar 1.6979 manata bərabərdir. Başqa sözlə, ötən günlə müqayisədə dollar manat qarşısında 0,12% dəyər itirib.

Qeyd edək ki, bir həftə ərzində 1.70 manatdan aşağı düşməyən dollar Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın ilin sonuna kimi bahalaşacağı ilə bağlı açıqlaması ilə yenidən ucuzlaşıb.



Buna da baxın: Elman Rüstəmov: Azərbaycan üzən məzənnədən imtina etməyəcək

Buna da baxın: Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin