01 noyabr 2017 11:01

Xorvatiya avroya keçməyə hazırlaşır

2020-ci ildə Avropa İttifaqında (Aİ) sədrliyə başlayacaq Xorvatiya həmin vaxt avro pul vahidinə keçməyi planlaşdırır. FED.az xəbər verir ki, "Haberler" saytının yazdığına görə, bu açıqlama ilə Xorvatiyanın baş naziri Andrey Plenkoviç verib.

Baş nazir bildirib ki, 2020-ci ildə Aİ sədrliyini rotasiya qaydasında qəbul etməsi gözlənilən Xorvatiya avroya keçməklə qlobal miqyasda siyasi və iqtisadi inam qazanacaq.

"Xorvatiyada avroya keçid strategiyası" adlı konfransda çıxış edən A.Plenkoviç qeyd edib ki, Aİ-nin ən gənc ölkəsi olan Xorvatiyanın əsas məqsədi Şengen və avro bölgəsinə girməkdir. Baş nazir konfransda avroya keçməklə daha çox turist və investor cəlb edəcəklərini, onların məzənnə riski ilə üzləşməyəcəklərini vurğulayıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz