31 oktyabr 2017 14:08

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib.

FED.az xəbər verir ki, “Report”un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklikliyin məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsinə edilməsi təklif edilib.

Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz